Yuxu yozma

Ağlamaq-əsəbləriniz pozulacaq. Ad günü-Yığıncaqda olacaqsız. Ay-Sınaqdan cıxacaqsız. Aypara-İtki olacağına işarədir. Alma-Arzunuza yetişəcəksiz. Alov-Sıxıntı. Ana-Sıxıntıdan çıxacaqsız. Ata-Hərəkət edin,bərəkət əldə edəcəksiz. Apelsin-İtki. Armud-Hər hansısa mövzuda sizə inanmayacaqlar,amma dedikləriniz düz olacaq. Arxa çantası-Yola çıxmaq. Araba-O qədər də sizi arzulamayacaqlar. Ağ gül-Uzaqlaşmaq. Atlı-Görüş. Axşam-Hər hansısa işdən bəhrə görəcəksiz. Axan ulduz-Qeyri adi iş baş verəcəyinə işarədir. Açar-Nəyisə tapacaqsız. Afişa oxumaq-Şadlıq olacağına işarədir. At-Murad. Abidə-Ürəkaşan iş gözlənilir. Ada-Kimdənsə ayrılıq gözlənilir. Ayaq-Arzusuz yol. Akvarium-Xoş sıxıntı. And içmək-Peşman olmağa işarədir. Arı-Dava-dalaş olacağına işarədir,lakin nəticəsi xeyirli olacaq. Asqırmaq-Xəstəniz sağalacaq. Yuxu yozumlari Bağ-Bərəkətə yetmək. Bal-Bəd bir işdən çıxmaq. Balıq-İstəyinizə nail olacaqsız. Balta-Kömək axtaracaqsız. Bahar-Rahatlıq. Bağlama-Pis xəyala düşmək. Bayram-Xoş günlər gözlənilir. Bağlamaq-Hər hansısa niyyətinizin qəbul olduğuna işarədir. Bitki-Sevinəcəksiz. Bıçaq-Söz-söhbət. Beşik-Ailədə uşaq olacağına işarədir. Bəzənmək-Yenilik olacağına işarədir. Boyunbağı-Qəm. Boşqab-Səbirli olun. Buğda-Ruzi. Bənd (divar)-Arxayınlıq. Boşanma-Eşq. Bulud-Sevinc. Bürc-Ayrılıq. Yuxu yozumlari Corab-Yuxuda corab geyinmək darlıqdır,corabı soyunmaq isə darlıqdan qurtarmaqdır. Çəlik,Əsa-Nəsə alınmamış bir işin yavaş-yavaş qaydaya düşəcəyindən,həmin işə kiminsə kömək göstərəcəyindən xəbər verir. Çoban-Gümrahlıq,sağlıq,tutarlılıq əlamətidir. Çomaq-Qüvvət yuxusudur.Əgər çomağı kiminsə əlində görmüsüzsə sizə nəsə bir zərbə dəyə biləcəyindən xəbər verir. Çöl-Rahatlıq,asudəlik,arxayınlıq əlaməti sayılır. Çörək-Yuxuda çörək görmək,çörək bişirmək,çörək yemək yaxşı əlamət sayılır,əlinizə pul gələcəyindən xəbər verir. Çuval-Dolu,ağzı-bağlı çuval ətrafda nəsə sirli bir hadisə olduğunu bildirir. Daban-Yuxuda daban qaşımaq gözlənilməz səfərə çıxmağın əlaməti sayılır. Dava-dalaş-Yuxuda kiminləsə dalaşırsızsa,bu öz gücünüzü,qüvvənizi ona verirsiz deməkdir. Daraq-Qayğı hesab olunur.Yuxuda daraqla saçınızı darayırsınızsa,nəyinsə qayğısını çəkəcəksiz. Daş-Yuxuda daş daşımaq çətinliyə düşmək kimi yozulur. Dəvə-Xeyir-bərəkət yuxusudur.Bu yaxınlarda əlinizə pul gələcəyinin əlamətidir. Dəyirman-Səxavət nişanəsidir. Dərviş-Müjdədir,ən çox övlad müjdəsi kimi yozulur. Dəri-Yuxuda dəri görmək bəd sayılır,kasıblamaq,xərcə düşmək kimi yozulur. Diş-Yuxuda diş çəkdirmək nəsə pis bir hadisə olacağına işarədir. Dırnaq-Yuxuda dırnaq tutmaq nəsə bir müşkül işdən qurtulacağınıza işarədir. Duz-İstək yuxusudur,mehribançılıq əlamətidir. Duman-Qayğıdır. Durna-Səfərə çıxmaq kimi yozulur.Ayrılıq əlaməti də sayılır. Yuxu yozumları Ev-Yuxuda evdən çıxırsınızsa,darlıqdan qurtaracaqsız,işləriniz asanlaşır.Evə girirsinizsə,çətinliyə düçar olacaqsız,işləriniz qaydasında getməyəcək. Əl-Yuxuda əl-ələ vermək ayrılıq nişanəsidir. Ət-Pis əlamət sayılır,yuxuda ət yeyirsinizsə işləriniz dolaşacaq.Bundan da başqa ətin ikinci bir yozumu da belədirki,əgər kimsə yuxuda sizə ət verirsə bu o deməkdirki yaxın bir adamınız dünyadan gedəcək. Ətir-Görüş,vüsal yuxusudur. Güzgü-Bəxt yuxusu hesab olunur.Güzgü tapmaq bəxtin üzə gülməyidir.Güzgünün sınması isə pis əlamət hesab olunur. Gül-Yuxuda gül görmək sevgi əlamətidir. Gülmək-Qəmli olmağa,fikir çəkməyə işarədir. Günəbaxan-İstək yuxusudur,sevgi əlaməti də hesab olunur. Gün işığı-Gün işığı görmək,işıqda durmaq şadlıq yuxusudur.Aydınlıq,rahatlıq,xoş güzəran nişanəsidir. Hasar-Yuxuda hasar çəkmək dara düşməkdir.Hasarı sökmək yaxşıdır,çətinlikdən çıxmaqdır. Hörük-Qayğı hesab olunur. Hörümçək toru-Qanqaraçılıq,dilxorçuluq,işlərin dolaşığa düşməsi kimi yozulur. Hüzr-Tərsinə yozulur.Şadlıq,çal-çağır olacağına işarədir. Yuxu yozumları İynə-Yaxın qohumlar arasında söz-söhbət olacağına işarədir.Saplanmış iynə isə söz-söhbətin uzanacağını bildirir. İlan-Günah əlamətidir. İp-Yol getməyə,səfərə çıxmağa işarədir.Düyünlü ip səfərdə dolaşıq işlər olacağına işarədir. İt-Bəddir.Yuxuda sizi it tutubsa,demək kimsə sizi şərə salacaq,işlərinizə əngəl törədəcək. İşıq-Yuxuda işıq yandırmağı aydınlığa çıxmaq,işıq söndürməyi işlərin korlanmağı kimi yozurlar. Kabab-Azar-bezar əlamətidir.Naxoşluq olacağından soraqdır. Kol-kosluq-Sizi istəməyən bir adamın əhatəsinə düşəcəyinizi göstərir. Kömür-Qara gün əlamətidir. Kötük-Yuxuda kötük görmək bəd əlamət hesab olunur. Külək-Yuxuda bərk külək əsməsi çətinliyə düşmək,ziyanlıq çəkmək əlamətidir. Küpə-Ağartı dolu küpə bərəkətə işarədir.Qızıl küpəsi qəm üzərinə yozulur. Yuxu yozumları Lampa-Yaxşı yuxu hesab olunur.Müşkül bir işdən qurtarıb işıqlığa,aydınlığa çıxacaqsız.Yuxuda lampa sönməyi isə nəsə qəfil bir qanqaraçılığın olacağını bildirir. Ləçək-Hamilə qadın yuxuda ləçək görübsə qızı olacağı deməkdir. Limon-Naxoşluq ola biləcəyinin əlamətidir. Məscid-Mübarək yuxudur.Halallıq,xeyir-bərəkət,mətləb-muradın hasil olacağı kimi yozulur. Muncuq-Ürəkaçan bir hadisə olacağının müjdəçisidir.

Hiç yorum yok:

Yorum Gönder