21 Mart 2020 Cumartesi

Yuxuda aclıq görmək necə yozulur ? - Yuxuyozma

Yuxuda aclıq görmək necə yozulur ? Əgər yuxuda ac olduğunuzu görsəniz, bu, nəticəsiz iş və dostlarınızın olmamasına işarədir. Əgər yuxuda başqaları ac qalsa, bu o deməkdir ki, sizi kasıblıq, işlərinizdən və əhatənizdən narazılıq gözləyir. Bəzən bu yuxu xəstəlik əlamətidir. Yuxuda düşmənlərinizin ac olması sizin ən vacib işlərdə onları ötüb-keçməyinizə işarədir. Sevgililərə bu yuxu pis əlamətdir. Onların evliliyi xoşbəxt olmaya bilər. Yuxuda özünün acından öldüyünü görmək sizə uğur vəd edən işlərin pis sonluqla nəticələnəcəyinə işarədir. Yuxuda minlərlə insanın aclıqdan öldüyünü görmək – pis əlamətdir.Ola bilsin ki, gələcəkdə insan üçün dönüşü olmayan nəticələr verən hadisə baş verəcək. Yuxuda bərk acmısınızsa, həyatda əks cinsin nümayəndələrinin sizə həddindən artıq diqqəti nəticəsində nüfuzunuzun təhlükə altında qalacağına işarədir. Yuxuda sizə yaxın olan insanlardan birinin aclıqdan öldüyünü görmək- hadisələrin gözlənilməz dəyişəcəyinə işarədir. Yuxuda ac adamları yedirib doydurmaq istəmisinizsə, bu mənəvi kamilliyə işarədir. Yuxuda kimsə sizi aclıqdan ölümdən xilas edibsə, həyatda yardımını gözləmədiyiniz adamdan gözlənilməz dəstək alacaqsınız.

Hiç yorum yok:

Yorum Gönderme

Yuxuda ilan görmək-yuxuyozma

Yuxuda ilan gormek Yuxuda ilan görmək Yuxuda ilan görmək  hər cür düşmən deməkdir.Yuxuda ilan görmək, hiyləgər bir düşmənlə təbir olunur. Yu...